PSJ isveçli forvarda 100 milyon ödəyir

Xəbərlər
10 May 2024 18:26
462
PSJ isveçli forvarda 100 milyon ödəyir

Fransa çempionu PSJ yeni mövsümdə hücum xəttini gücləndirməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, Paris klubu isveçli futbolçu Viktor Qyokoreşlə maraqlanır.

“Sportinq”də çıxış edən forvard “Real”a keçəcək Kilian Mbappeni əvəz etməlidir. Portiqaliya mətbuatı PSJ-nin Viktora 100 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, İsveç yığmasının hücumçusu 2023/2024 mövsümündə 47 oyunda 41 qol vurub, 15 ötürmə edib.

İdman.biz