Yunan-Roma güləşi üzrə millimiz Avropa çempionu olub – 10 medalla

Xəbərlər
18 May 2024 16:27
1 328
Yunan-Roma güləşi üzrə millimiz Avropa çempionu olub – 10 medalla

Yunanıstanın Lutraki şəhərində keçirilən U-15 Avropa çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.

Millimiz böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib. Yığmamız qitə birinciliyində 10 (1 qızıl, 4 gümüş, 5 bürünc) medal qazanıb. Qurban Məcnunov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xudayar Kərimov (38 kq), Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq) və Məhəmməd Orucov (85 kq) ikinci, Ümüd Babayev (38 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq) və Rauf Mütəllimov (85 kq) isə üçüncü yeri tutublar.

Yekunda 156 xal toplayan millimiz 158 xalla komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92) isə üçüncü olub. Millimiz 2 il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempion olmuşdu.

Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda 2 komandamız (sərbəst və yunan-Roma) çempion olub.

İdman.biz

Məqalədə: