Azərbaycanın güləş hakimləri Samil Fəttayev və Nihad Muradov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, mayın 20-24-də təşkil olunan yarışda ədaləti qoruyan və buna qədər milli kateqoriyada daxili görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) üçüncü dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. Samil Fəttayev (Lənkəran) isə üçüncü dərəcədən ikinci dərəcəyə çatıb.
Bununla da Azərbaycanın beynəlxalq güləş hakimlərinin sayı 24-ə çatıb.
