Azərbaycan Avropa çempionatına 28 güləşçi ilə qatılacaq - HEYƏT

Xəbərlər
18 May 2024 13:37
1 174
Azərbaycan Avropa çempionatına 28 güləşçi ilə qatılacaq - HEYƏT

Mayın 20-də Bakıda güləş üzrə start götürəcək U-23 Avropa çempionatı üçün Azərbaycanı millisinin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız yarışda 28 güləşçi ilə ilə mübarizə aparacaq.

Sərbəst növdə ölkəmizi Elman Ağayev (57 kq), Nurəddin Novruzov (61 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Cəbrail Qadciyev (74 kq), Ali Tçokayev (79 kq), Arsen Coyev (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) təmsil edəcəklər.

Yunan-Roma növündə Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya ,Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaqlar.

Qadınların mübarizəsində isə Şahanə Nəzərova (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) medallar uğrunda yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da yekunlaşacaq.

İdman.biz

Məqalədə: