İdman bürcü - Astroloji PROQNOZ: 20-26 may

Təxminlər
19 May 2024 11:39
1 442
İdman bürcü - Astroloji PROQNOZ: 20-26 may

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Qoçlar üçün həftə kifayət qədər firavan və məhsuldar keçəcəyi vəd edilir. Həftənin birinci yarısında bütün səylər peşəkar sahəyə yönələcək. Sonrakı mərhələdə isə romantik anlar üstünlük təşkil edəcək. Sağlamlığınıza diqqət yetirməlisiniz. İdmanla məşğul olarkən, habelə avtomobil, velosiped və ya skuter sürərkən xüsusilə diqqətli olmalısınız. Maddi durumunuz kifayət qədər sabit olacaq və nikbinlik üçün yeni qapılar açılacaq. Karate, şahmat, və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Buğa
Buğalar həftənin çox hissəsini rahat və məmnun vəziyyətdə keçirəcəklər. Buna, sadə dildə desək, ağır işdən sonra istirahət etmək istəyi və daxili dinclik kömək edəcək. Bürcün nümayəndələri dadlı yeməklərdən, sevdikləri ilə xoş ünsiyyətdən zövq alacaqlar. Həftənin sonunda yaşayacağınız romantik hislər ciddi münasibətlərin başlanğıcına çevriləcək. Səhhətinizlə bağlı problem olmayacaq. Maliyyə xərclərinizi tənzimləməniz məsləhət görülür. Şahmat, sambo, gimnastika və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Əkizlər
Əkizlər karyeralarını inkişaf etdirmək və peşəkar sahədə səriştələrini artırmaq üçün yaxşı imkanlara malik olacaqlar. Bürcün bəzi nümayəndələri yeni iş sahələrində rəhbərlik əldə edə bilər. İnformasiya, nəqliyyat və ticarətlə bağlı gəlirlərinizi artıra biləcəksiniz. Romantik sferanız dinamik olacaq. Yeni tanışlıqlar qazanacağınız görünür. Eyni zamanda perspektivli pərəstişkarlar tapacağınız vəd edilir. Stolüstü tennis, həndbol, basketbol və voleybol növlərində hədsiz uğurlar gözlənilir.

Xərçəng
Həftə xərçənglərə tərəfdaşları ilə münasibətlərində nəyisə dəyişmək imkanları verəcək. Bəziləri uzun müddət davam edən ziddiyyətlər üzərində kompromis əldə edə, münaqişələri öz xeyrinə düzəldə və ümumi həyatlarının bir hissəsini yenidən təşkil edə biləcəklər. Mənfi duyğu və qıcıqlanmanızı cilovlamaq asan olmayacaq. Buna görə, çalışın ki, iş və digər sahələrlə bağlı görüşləri təxirə salasınız. Zərurət olmadıqca avtomobil sürməyin. Səhhətiniz həftənin ikinci yarısında emosional gərginlik və ya stress səbəbindən bir qədər pisləşə bilər. Lakin maliyyə vəziyyətiniz sabit qalacaq. Cüdo, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Şir
Həftə şirlər üçün öz bacarıqlarını reallaşdırmaq üçün böyük fürsətlər gətirəcək. Çalışın, bu günləri çox fəal şəkildə həyata keçirəsiniz. Uğurlu maddi mükafatlar gözlənilir. Sağlamlığınızı qorumalısınız, çünki əvvəlki dövrün stressi rifahınıza yaxşı təsir göstərə bilməz. Uşaqlarınızın problemləri ilə həmişəkindən daha çox məşğul olacaqsınız. Sevgi münasibətlərində çalışqanlığınız ideal nəticələr verə bilər. Tennis, sambo, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Qız
Qızlar mürəkkəb prosesləri və hadisələri təhlil etməli olacaqlar. Romantik sahədə hər şeyi qaydasına salacaqsınız. Nizam-intizamı sevən bürc nümayəndələri bu meylləri həyatlarının bütün sahələrində həyata keçirməyə çalışacaqlar. Həftənin ikinci yarısında səhhətiniz pisləşə bilər. Maliyyə vəziyyətiniz sabit olacaq və karyera perspektivləri həftəsonuna yaxın rəhbərliklə müzakirə oluna bilər. Güləş, futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Tərəzi
Həftə tərəzilər üçün çox romantik anlarla yadda qalacaq. Yalnız tanıdıqlarınız deyil, eyni zamanda sayı əhəmiyyətli dərəcədə artacaq sevənləriniz olacaq. Bütün bunlar əhvalınızın yüksəlməsinə müsbət təsir göstərəcək. Bu həftə peşəkar sahə ilə bağlı gözləntilər passiv görünür. Lakin həftənin ikinci yarısında maddi durumunuz sizi sevindirəcək. Həftə sonu alış-veriş həm xoş, həm də faydalı olacağını vəd edir. Üzgüçülük, basketbol, güləş, karate və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əqrəb
Əqrəblər həftəboyu daha çox enerjili olacaqlar. Bundan məharətlə yararlana biləcəksiniz. Həftənin ilk yarısında peşəkar məsələlər çox vaxt aparacaq. Həftənin ortasında isə mistik hadisələrlə yanaşı, psixoloji problemlər də ön plana çıxa bilər. Lakin, bu sahələrdə də uğurlar təmin olunacaq. Həftənin sonu romantik sferadan zövq alacaq, dəvətlər, hədiyyələr və etiraflar olacaq. Gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Oxatan
Oxatanlar bir qədər emosional eniş hiss edəcəklər, lakin sonra onların əhval-ruhiyyəsi və rifahı sürətlə yaxşılaşmağa başlayacaq. Yaradıcılıq və sənətlə bağlı bir çox planları həyata keçirə biləcəksiniz. Maddi durumunuzun yaxşılaşması üçün xüsusi əlverişli şərait gözlənilir. Gəlirləriniz davamlı şəkildə yüksələcək. Fiziki fəaliyyəti minimuma endirməyiniz yaxşı olar. Sevgi münasibətlərində ciddi irəliləyiş görünür. Qılıncoynatma, velosiped, qaçış, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Oğlaq
Oğlaqlar bu həftə mühüm hesab etdikləri işdə ciddi irəliləyişlər əldə edəcəklər. Yaşadığınız neqativlərin səbəblərini tam mənada başa düşəcəksiniz. Peşəkar sahədə təkliflər gözləniləndir. Bununla bağlı ən yaxın dostlarınızdan məsləhət almağa dəyər. Sağlamlığınızla bağlı kiçik hallar baş verə bilər. Maliyyə vəziyyətiniz əvvəlki dövrlə eyni səviyyədə olacaq. Qaçış, atsürmə, üzgüçülük və güləş növlərində uğurlar gözləniləndir.

Dolça
Dolçalar həftənin ilk hissəsini daha çox ev işlərinə sərf edəcək. Kifayət qədər sakit günlər olacaq. Romantik sferanın ön plana keçəcəyi gözlənilir. Ağlınıza belə gəlməyəcək tanışlıqlar, ani görüşlər sizə çox ruhlandırıcı təsir göstərəcək. Bu, sizdə yüksək enerji və pozitivlik yaradacaq. Sağlamlığınız kifayət qədər yaxşı olacaq. Maliyyə məsələlərinə gəlincə, burada da müəyyən irəliləyişlər planlaşdırılır. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Balıqlar
Balıqları maraqlı və həyəcan dolu həftə gözləyir. Bir neçə il əvvəl "itmiş" yaxınlarınızla ünsiyyət şansı olacaq. Bu, sizə xoş nostalji hissi və bəlkə də münasibətlərin yenilənməsi üçün müsbət təkliflər gətirəcək. İş və şəxsi həyatınızda da gözlədiyiniz nəticəni əldə edə biləcəksiniz. Sağlamlığınız kifayət qədər sabit olacaq. Maliyyə vəziyyətinizdə sabitlik hökm sürəcək. Basketbol, həndbol, güləş, voleybol və futzal idman növlərində uğurlar vəd olunur.

İdman.biz