Fərid Qayıbov: “Dünən Çempionlar Liqasında olan həyəcan bu gün burada var idi” - VİDEO

Müsahibə
9 May 2024 19:58
186
Fərid Qayıbov: “Dünən Çempionlar Liqasında olan həyəcan bu gün burada var idi” - VİDEO

"Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş II minifutbol turnirində kifayət qədər komanda iştirak etdi".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan dövlət qurumları arasında ll minifutbol turnirinin mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bütün dövlət qurumlarına yarışa qatıldıqları üçün təşəkkür edib: "İl ərzində oyunlar keçirilirdi və artıq bu gün biz finala şahid olduq. Fövqəladə Hallar Nazirliyinin komandası artıq ikinci dəfə finala çıxır. Çox gərgin və mübarizə dolu finala şahid olduq. Maraqlı oldu. Dünən Çempionlar Liqasında olan həyəcan bu gün burada var idi. Qaliblərin hər birini təbrik edirəm".

Qayıbovun sözlərinə görə, demək olar ki, bütün dövlət qurumları bu turnirdə iştirak ediblər: "Lakin yarışla bağlı müəyyən təkliflər var. Hər bir nazirliklə bərabər keçirdiyimiz iclaslar zamanı bu turnirlə bağlı müzakirələr edirik və qərarları birlikdə qəbul edirik. Əgər bu gün yarışa bu qədər maraq varsa, deməli, hamı bu turnirdən razıdır. Belə fəal iştirak üçün bütün qurumlara minnətdarıq. Həmçinin, dövlət qurumlarının rəhbərləri də daima iştirakçılara dəstək olurlar".

Qeyd edək ki, 52 dövlət qurumunun qatıldığı ll minifutbol turnirinin qalibi Ədliyyə Nazirliyinin komandası olub.

Banuçiçək Hüseynli
İdman.biz