Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xəbərlər
20 May 2024 15:46
452
Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Zlatko Daliç 38 futbolçuya dəvət göndərib.

Xorvatiya millisi Almaniyada İtaliya, İspaniya və Albaniya ilə eyni qrupda yer alıb. AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Qapıçılar: Dominik Livakoviç (“Fənərbaxça”, Türkiyə), İvitsa İvuşiç (“Pafos”, Kipr), Nedeljko Labroviç (“Riyeka”);

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Yosip Yuranoviç (“Union”, Almaniya), Yoşko Qvardiol (“Mançester Siti”, İngiltərə), Borna Sosa, Yosip Şutalo (hər ikisi “Ayaks”, Niderland), Yosip Stanişiç (“Bayer”, Almaniya), Martin Erliç (“Sassuolo”, İtaliya), Marin Ponqraçiç (“Leççe”, İtaliya);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), Mateo Kovaçiç (“Mançester Siti”, İngiltərə), Marselo Brozoviç (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (“Torino”, İtaliya), Lovro Mayer (“Volfsburq”, Almaniya), Luka İvanuşets (“Feyenord”, Niderland), Luka Suçiç (“Zalsburq”, Avstriya), Martin Baturina (“Dinamo” Z);

Hücumçular: Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Budimir (“Osasuna”, İspaniya), İvan Perişiç (“Hayduk”), Bruno Petkoviç (“Dinamo” Z), Marko Pyatsa, Marko Paşaliç (hər ikisi “Riyeka”);

Ehtiyat oyunçular: Borna Barişiç (“Reyncers”, Şotlandiya), Duje Çaleta-Çar (“Lion”, Fransa), Kristian Yakiç (“Auqsburq”, Almaniya), Dominik Kotarski (PAOK, Yunanıstan), Toni Fruk (“Riyeka”), Marin Lyubiçiç (LASK, Avstriya), İqor Matanoviç (“Karlsrue”, Almaniya), Niko Kristian Siqur (“Hayduk”), Petar Suçiç (“Dinamo” Z).

İdman.biz

Məqalədə: