5 güləşçimiz Avropa çempionatının finalında

Xəbərlər
17 May 2024 23:46
1 235
5 güləşçimiz Avropa çempionatının finalında

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatında növbəti gün arxada qalıb.

İdman.biz xəbər verir ki, 5 yunan-Roma güləşçimiz finalda mübarizə aparacaq.

Həlledici görüşlər sabah keçiriləcək. 41 kq çəkidə millimizin 2 üzvü qızıl uğrunda yarışacaq.

Qeyd edək ki, qadın güləşçilərimiz mübarizəni erkən başa vurublar. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub olaraq 5-ci yerlə kifayətləniblər.

Sərbəst güləş, finallar
38 kq

K.Kərimov- İ.Temersultanov (AİN)

41 kq
A.Hüseynli - Q.Məcnunov

48 kq
A.Əsgərli - S.Labazanov (AİN)

85 kq
M.Orucov - İ.Patru (Rumıniya)

İdman.biz