Konseysaonun “Milan” arzusu

Xəbərlər
8 May 2024 18:26
Konseysaonun “Milan” arzusu

“Portu”nun baş məşqçisi Serjio Konseysao “Milan”ın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya klubunda Stefano Piolini əvəzləyə bilər.

Konseysao rəhbərliklə danışıqlardan sonra yekun qərar verəcək. Onun yaxın günlərdə “Portu”nun yeni prezidenti Andre Villaş-Boaşla görüşü planlaşdırılıb. Serjio az əvvəl klubla 2027/2028 mövsümünün sonuna kimi yeni müqavilə imzalayıb.

Qeyd edək ki, təcrübəli məşqçi 2017-ci ildən komandaya rəhbərlik edir. O, “Portu”ya 3 dəfə Portuqaliya çempionu titulunu qazandırıb.

İdman.biz