“Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzub - VİDEO

Xəbərlər
19 May 2024 22:14
877
“Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzub - VİDEO

Türkiyə Superliqasında 37-ci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyunda İstanbul derbisi keçirilib.

“Qalatasaray” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Növbəti çempionluğu qazanmaq üçün bu görüşdə Okan Burukun komandasına 1 xal kifayət edib. Amma onlar bu imkandan istifadə edə bilməyiblər. 21-ci dəqiqədə azlıqda qalan qonaqlar vacib qələbə qazanıblar. Çağlar 71-ci dəqiqədə qələbə qolunun müəllifi olub.

Məğlubiyyətə baxmayaraq, “Qalatasaray” lider mövqeyini qoruyub. 99 xala sahib komanda “Fənərbaxça”nı 3 xal qabaqlayır.

“Qalatasaray” 2023/2024 mövsümündə öz meydanında ilk dəfə xal itirib. Keçirdiyi 18 oyunu qələbə ilə başa vuran “sarı-qırmızılar”ın seriyası əzəli rəqibləri ilə görüşdə başa çatıb. Ötən mövsümü də nəzərə alsaq, Okan Burukun yetirmələrinin evdəki qələbə seriyası 24 oyun olub.

Qeyd edək ki, “Qalatasaray” son turda “Konyaspor”un qonağı olacaq, “Fənərbaxça” isə öz meydanında “İstanbulspor”la üz-üzə gələcək.

Türkiyə Superliqası
37-ci tur

“Qalatasaray” – “Fənərbaxça” – 0:1

İdman.biz