“Sabah” "Junior World Cup"da çempion olub

Xəbərlər
19 May 2024 19:48
101
“Sabah” "Junior World Cup"da çempion olub

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup"da uğurlu çıxış edib.

İdman.biz xəbər verir ki, futbolçularımız beynəlxalq turnirində çempion olublar.

“Sabah” turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandası ilə heç-heçə edib, yerli "Ortacı Esnaf" komandasına qalib gəlib (4:2).

U-14 komandamız 1/4 finalda Türkiyənin "Antalya" komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala yüksəlib. Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən təmsilçimiz finala vəsiqə qazanıb. Həlledici matçda "Antalyaspor"la qarşılaşan "Sabah" 0:0 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında qalib gələrək çempion olub.

Qeyd edək ki, Sabah U-15 turniri 4-cü pillədə başa vurub.

İdman.biz