PSV-nin fərqli rekordu

Xəbərlər
19 May 2024 20:11
442
PSV-nin fərqli rekordu

PSV Niderland çempionatında rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Eyndhoven klubu turun bütün oyunlarında fərqlənib.

Peter Boşun komandası 34 matçda 111 qol vurub. PSV mövsüm ərzində 1 dəfə uduzub, 4 dəfə heç-heçə oynayıb. 29 qələbə qazanan eyndhovenlilər 91 xalla çempion tituluna yiyləniblər.

Qeyd edək ki, klub tarixində 25-ci dəfə Niderland çempionu olub. “Ayaks”ın hesabında 36 çempionluq titul var.

İdman.biz