Ronaldodan böyük üstünlük, Moutinyo 18-ci olub

Xəbərlər
8 May 2024 09:22
Ronaldodan böyük üstünlük, Moutinyo 18-ci olub

Karyerası ərzində ən çox məğlubiyyətsiz oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə ən azı 800 görüşdə uduzmayanlar yer alıb.

Həftəsonu “Braqa”nın heyətində “Kasa Pia”ya qarşı matça çıxan Joao Moutinyo “800”ə çatan 18-ci futbolçu kimi tarixə düşüb. Onun oynadığı komandalar 583 qələbə qazanıb, 217 heç-heçə edib. Portuqaliyalı veteran 1018 qarşılaşmada 218 məğlubiyyət alıb.

Mütləq rekord Kriştiano Ronaldoya məxsusdur. O, 1033 məğlubiyyətsiz görüş keçirib.

1. Kriştiano Ronaldo - 1033
2. Lionel Messi – 920
3. Rojerio Seni - 914
4. Canluici Buffon – 887
5. Roberto Karlos – 870
6. Dani Alves – 869
7. İker Kasilyas – 868
8. Xavi - 864
9. Fabio – 858
10. Rayan Qiqqz – 845
11. Peter Şilton – 845
12. Paolo Maldini – 836
13. Xavyer Zanetti – 832
14. Luka Modriç – 831
15. Roy Klemens – 831
16. Serxio Ramos – 814
17. Raul – 804
18. Joao Moutinyo – 800

İdman.biz