ÇL: “Borussiya” yenidən Uembliyə gedir - VİDEO

Xəbərlər
8 May 2024 00:52
ÇL: “Borussiya” yenidən Uembliyə gedir - VİDEO

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, ilk finalçı Parisdə müəyyənləşib.

Evdə “Borussiya”nı qəbul edən PSJ yenə 0:1 hesabı ilə uduzub. Yeganə qolu künc zərbəsindən sonra Hummels vurub. Dortmund klubu 11 ildən sonra finala yüksəlib.

Dortmundlular 2012/2013 mövsümünün həlledici matçında "Uembli" stadionunda "Bavariya"ya uduzub. “Borussiya” yenidən Londonda keçiriləcək finalda çıxış edəcək.

Qeyd edək ki, digər finalçı mayın 8-də keçiriləcək “Real” – “Bavariya” matçında bəlli olacaq.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ – “Borussiya” D - 0:1
Qol:
Hummels, 50
Baş hakim: Daniele Orsato (İtaliya)
Paris. “Park de Prens”
İlk oyun: 0:1

İdman.biz

Məqalədə: