Elmar Baxşıyev: "Sabah" bəxt sayəsində qalib gəldi"

Xəbərlər
5 May 2024 22:19
Elmar Baxşıyev: "Sabah" bəxt sayəsində qalib gəldi"

“Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXIII turundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis “Sabah”a 0:1 hesablı məğlubiyyəti şərh edib: “Çoxlu hücumlar etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım. Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik. "Sabah" bəxt sayəsində qalib gəldi. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu futbolun bir hissəsidir. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən”.

Elmar Baxşıyev şansın “Sabah”ın yanında olduğunu bildirib: “İkinci hissənin ilk 15-20 dəqiqəsində oyun ritmindən düşdük. Rəqib həmin anlarda üstünlük qazandı. Zaman keçdikcə ritmə qayıtdıq. Məğlub olmaya bilərdik. Bu gün şans rəqibin tərəfində idi”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 35 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz