Messi ilə bağlı inanılmaz İDDİA: “Geni dəyişdirilib və..."

Xəbərlər
4 May 2024 18:00
229
Messi ilə bağlı inanılmaz İDDİA: “Geni dəyişdirilib və..."

“Messi steroid qəbul edib və geni dəyişdirilib”.

İdman.biz xəbər verir ki, bunu “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Coi Barton deyib.

“Everton” və “Liverpul”un formasını da geyinmiş futbolçu Lionel Messini tənqid edib. O bildirib ki, argentinalı ulduz uşaq vaxtı qəbul etdiyi dərmanlar onun uğurlu olmasına təsir edib: “Mənim üçün Lionel Messinin adı qarşısında böyük bir ulduz var. Çünki gənc yaşlarında böyüməsinə təsir edən çoxlu sayda steroidlər və digər dərmanlar qəbul etdi. Onun geni gənc yaşlarında dəyişdirildi. Bildiyim qədərilə bunu başqa heç kim etməyib. Əgər təbii şəkildə böyüməsinə imkan verilsəydi, o, nail olduqlarını edə bilməzdi".

Qeyd edək ki, Lionel Messi karyerası ərzində bir çox mükafatlar qazanıb. Dünya çempionu 8 dəfə “Qızıl top” mükafatına sahib çıxıb.

İdman.biz