“Milan”dan “Napoli”yə

Xəbərlər
4 May 2024 14:59
184
“Milan”dan “Napoli”yə

"Milan"ın baş məşqçisi Stefano Piolinin yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, mövsümün sonunda "rossonyeri"dən ayrılacaq mütəxəssis A seriyasının digər klubunda çalışacaq.

Pioli "Napoli"nin "sükanı arxası"na keçəcək. 58 yaşlı çalışdırıcı yeni klubunda Françesko Kalsonanı əvəzləyəcək. Neapol təmsilçisi yeni baş məşqçisi ilə 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Napoli"nin Kalsona ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

İdman.biz

Məqalədə: