Kilian Mbappe dünyada 3-cüdür

Xəbərlər
3 May 2024 09:29
Kilian Mbappe dünyada 3-cüdür

Bu il keçirilən bütün turnirlərdə ən çox qol vuranlar açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında ilin ilk 4 ayında ən azı 13 qola sevinənlər yer alıblar.

Buna 45 futbolçu nail olub. Akram Afif (Qətər, “Əl-Sədd”) 24 qolla planetin ən məhsuldar oyunçusudur.

Viktor Qyokeres (İsveç, “Sportinq”) liderdən bir top geri qalır. Kilian Mbappe (Fransa, PSJ) 22 qolla üçüncüdür.

Qeyd edək ki, “Fənərbaxça”nın belçikalı legioneri Mişi Batşuayi 15 qolla 19-cu yerdə qərarlaşıb.

İdman.biz

Məqalədə: