Azərbaycan yığmasının futbolçusu Musa Qurbanlı İsveç çempionatında 2-ci oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Yurqorden” 6-cı turda evdə “Qais”lə qarşılaşıb.
Son 3 oyunda adı iştirak ərizəsinə daxil edilməyən Musa yenidən heyətdə yer alıb. Qurbanlı matçın 80-ci dəqiqədə meydana daxil olub. Matç “Yurqorden”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Musanın komandası 6 turdan sonra 10 xalla 4-cü pillədə qərarlaşıb.
İdman.biz