İnfantino “Qarabağ”ı təbrik edib

Xəbərlər
27 Aprel 2024 10:17
İnfantino “Qarabağ”ı təbrik edib

FİFA-nın prezidenti Canni İnfantino "Qarabağ"ı Azərbaycan çempionu olması münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açqılayıb.

İnfantinonun təbriki assosiasiyanın prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla yer alıb. Funksioner "Qarabağ"ı Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün qalibi olması münasibətilə təbrik edib. "Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu "Qarabağ"ı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın sonuna 8 tur qalmış çempionluğu təmin edib.

İdman.biz

Məqalədə: