Karlos Teves xəstəxanaya yerləşdirilib

Xəbərlər
24 Aprel 2024 12:32
101
Karlos Teves xəstəxanaya yerləşdirilib

Argentina millisinin sabiq hücumçusu Karlos Teves Buenos-Ayresdə xəstəxanaya yerləşdirilib.

İdman.biz xəbər verir ki, buna veteran futbolçunun döş qəfəsindəki ağrılar səbəb olub.

Artıq müayinədən keçən Tevisin səhhətinin qənaətbəxş olduğu açıqlanıb. Lakin hücumçu hələlik özü bununla bağlı danışmayıb.

Qeyd edək ki, Teves futbolçu kimi “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus”da oynayıb. Hücumçu üçqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qalibi və ikiqat İtaliya çempionudur.

İdman.biz

Məqalədə: