Ən çox etimad göstərilən gənc futbolçular açıqlanıb.
İdman.biz xəbər verir ki, CİES-in siyahısına dünyanın ən güclü 32 liqasının klublarında çıxış edən 20 yaşadək futbolçular yer alıblar.
Bu kateqoriyada dünya rekordçusu Joao Neveşdir. “Benfika”nın futbolçusu son 1 ildə 4905 dəqiqə meydanda olub. O, komandasının oyunlarındakı ümumi dəqiqə sayının 84 faizində şans qazanıb.
1. Joao Neveş (“Benfika”) – 84 faiz
2. Uorren Zair-Emeri (PSJ) – 82 faiz
3. Alexandro Qarnaço (“Mançester Yunayted”) – 79,4 faiz
4. Lamin Yamal (“Barselona”) – 78,7 faiz
5. Leni Yoro (“Lill”) – 78,6 faiz
İdman.biz