“Real Madrid”in futbolçusu Arda Gülər transfer dəyəri ilə Türkiyə futbolu tarixində yeni göstəriciyə imza atıb.
İdman.Biz "Transfermarkt" portalına istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun transfer dəyəri 100 milyon avroya yüksəlib. Bununla da Arda bu göstəriciyə çatan ilk türk futbolçu olub.
Gənc yarımmüdafiəçinin əvvəlki bazar qiyməti 90 milyon avro təşkil edirdi.
Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində yeddi oyunda meydana çıxıb və dörd qolun vurulmasında birbaşa iştirak edib.
