“Real Madrid”in hücumçusu Kilian Mbappe bu gün komandanın məşqlərinə qayıdacaq.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, futbolçu Valdebebasdakı məşqə qatılaraq sol dizindəki yüngül zədədən sonra bərpa prosesini davam etdirəcək.
Məlumata əsasən, Mbappe şənbə günü La Liqada “Vilyarreal”la keçiriləcək qarşılaşmaya qədər tam hazır vəziyyətə gələcək.
Fransalı futbolçu bu gün Madridə qayıdıb. O, məşqçilər korpusunun icazəsi ilə keçirdiyi qısa istirahətdən sonra “Adolfo Suares Madrid-Baraxas” hava limanına çatıb. Mbappeni aktrisa Ester Espozito da müşayiət edib.
Mbappe Fransa millisinin Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyi görüşdə sol dizinin arxa kapsulunda hiperekstenziya zədəsi alıb. Bu səbəbdən o, Zinəddin Zidanın rəhbərlik etdiyi Fransa millisinin düşərgəsindən ayrılıb.
Mbappenin “Vilyarreal”la oyunda start heyətində yer alıb-almayacağı isə hələlik məlum deyil.
