Premyer Liqanın beş klubu Endrikin transferini nəzərdən keçirir

5 Oktyabr 2026 19:49
72
Premyer Liqanın beş klubu Endrikin transferini nəzərdən keçirir

“Real Madrid”in futbolçusu Endrik Premyer Liqanın bir neçə klubunun diqqət mərkəzindədir.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, “Çelsi”, “Arsenal”, “Mançester Yunayted”, “Mançester Siti” və “Liverpul” Braziliya millisinin üzvünün durumunu izləyir.

Romano bildirib ki, “Liverpul” yay transfer pəncərəsində Endriki heyətinə qatmaq imkanını araşdırıb. “Arsenal” isə braziliyalı futbolçu ilə bağlı “Real Madrid”lə danışıqlar aparıb.

Madrid klubu isə Endrikin komandadan ayrılmasına razı olmadığını qarşı tərəfə açıq şəkildə çatdırıb.

20 yaşlı hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Lion”da keçirib. Burada 21 matçda səkkiz qol vurub, səkkiz məhsuldar ötürmə edib.

“Real Madrid” daha əvvəl də Endriki heyətində saxlamaq niyyətində olduğunu açıqlayıb.

İdman.Biz