“Barselona”nın futbolçusu mövsümü bitirib

Xəbərlər
22 Aprel 2024 16:04
“Barselona”nın futbolçusu mövsümü bitirib

“Barselona”nın futbolçusu Frenki de Yonqun durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, La Liqanın “Real”la matçında zədələnən yarımmüdafiəçi mövsümü bitirib.

Niderlandlı futbolçu “El-Klasiko”nun birinci hissəsində zədələnib. Federiko Valverde ilə toqquşan futbolçu meydandan xərəkdə çıxarılıb. Bu gün müayinədən keçən futbolçuda sağ ayağının bağlarının qırılması aşkarlanıb. Onun bərpası üçün ən azı 5 həftə vaxt lazımdır. Mövsümü bitirən De Yonqun AVRO-2024-də iştirakı gözlənilir.

Qeyd edək ki, “Barselona” “Real”la səfərdəki matçda 2:3 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: