“İmişli” futbolçusuna görə 10 min manat ziyana düşdü

23 Sentyabr 2026 12:40
51
“İmişli” futbolçusuna görə 10 min manat ziyana düşdü

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının altıncı turu ilə bağlı qərarlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, “Sabah” - “İmişli” qarşılaşmasının 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Luis Silvestr dörd oyunluq cəzalandırılıb. Bununla yanaşı, klub 10 min manat məbləğində cərimə edilib. Həmin oyunda “İmişli”nin beş futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi daha 700 manat cərimələnib.

“Turаn Tovuz” - “Zirə” qarşılaşmasında isə paytaxt təmsilçisinin beş futbolçusu sarı vərəqə aldığı üçün klubu 700 manat məbləğində cərimə edilib.

“Şamaxı” - “Araz-Naxçıvan” matçında hər komandadan dörd futbolçu sarı vərəqə aldığı üçün klublar ayrı-ayrılıqda 700 manat cərimələnib.

“Kəpəz” - “Sumqayıt” görüşündə qonaq komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat ödəyəcək.

İntizam Komitəsi Birinci Liqanın üçüncü turu ilə bağlı da qərarlar qəbul edib. “Karvan-Yevlax” - “Zaqatala” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov altı oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimə edilib.

İdman.Biz