Federasiya kubokunun finalında Mançester derbisi

Xəbərlər
21 Aprel 2024 23:55
370
Federasiya kubokunun finalında Mançester derbisi

İngiltərədə Federasiya kubokunun finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici matçda Mançester derbisi baş tutacaq.

İlk yarımfinalda “Mançester Siti” “Çelsi”ni məğlub edib. Matçın taleyini həll edən yeganə qolu Bernardo Silva vurub.

Digər cütdə “Mançester Yunayted” penalti seriyasında Çempionşip təmsilçisi “Koventri”ni məğlub edib. “Qırmızı şeytanlar” 3:0 hesabı ilə önə keçsələr də, rəqib son 20 dəqiqədə 3 qol vurub. Nəticədə qalib lotereyada bəlli olub və “Mançester Yunayted” 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final matçı mayın 25-də “Uembli” stadionunda olacaq.

İdman.biz