Qonaqların günü

Xəbərlər
20 Aprel 2024 23:43
137
Qonaqların günü

Bu gün Türkiyə Superliqasında 33-cü turun 4 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, qarşılaşmalar qonaqların üstünlüyü ilə keçib.

Yalnız Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” səfərdə xal itkisi yaşayıb. Onun komandası son dəqiqədə buraxılan qolla qələbəni əldən verib.

“Trabzonspor”, “Alanyaspor” və “Karagümrük” səfərdən 3 xalla dönüblər.

Türkiyə Superliqası
33-cü tur

“İstanbulspor” – “Karagümrük” – 1:2
“Konyaspor” – “Alanyaspor” – 0:2
“Kayserispor” – “Trabzonspor” – 1:2
“Samsunspor” – “Adana Dəmirspor” – 1:1

İdman.biz