İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel İspaniya ilə qarşılaşma öncəsi komandasının üzləşə biləcəyi çətinliklərdən danışıb.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniyanın topa nəzarət edən oyun tərzinin İngiltərəni səbirli olmağa məcbur edəcəyini bildirib.
“İspaniya topa və oyuna nəzarət etməyi sevir. Tələskənlik etmək olmaz - biz presinq edəcəyimiz anları düzgün seçməliyik.
Lakin mən stadondakı atmosferə təsir edə bilmərəm. Əgər azarkeşlər üçüncü yer və ya 85-ci dəqiqədəki gedişat səbəbindən komandamıza qarşı çıxsalar, buna təəccüblənərdim. Biletlərin bu qədər tez satılması insanların gəlib oyunu izləməkdə nə qədər həvəsli olduğunu göstərir.
İspaniya topa nəzarət etməkdən həzz alır. Əziyyət çəkməli olacağımız mərhələlər ola bilər. Lakin ümid edirəm ki, dominantlıq edəcəyimiz və onlara zərbə vura biləcəyimiz keyfiyyətlərimizi göstərəcəyimiz epizodlar da olacaq”, – deyə Tuxel bildirib.
İngiltərə və İspaniya milliləri bu gün Millətlər Liqası çərçivəsində “Uembli” stadionunda qarşılaşacaqlar.
