Ölkə kubokunda boykot təhlükəsi

Xəbərlər
20 Aprel 2024 14:51
102
Ölkə kubokunda boykot təhlükəsi

İngiltərə kuboku təhlükə ilə üzləşib.

İdman.biz xəbər verir ki, aşağı liqa klubları turniri boykot etməyi planlaşdırır.

Buna növbəti mövsümdən təkrar oyunların ləğv edilməsi səbəb olub. Aşağı liqa klubları hər belə matçdan 40-55 min funt sterlinq qazanc əldə edirdi ki, bu vəsaitin itirilməsi ciddi narazılığa səbəb olub.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyası kubokun heç-heçə bitən matçlarının təkrar keçirilməsi qaydasını ləğv edib.

İdman.biz

Məqalədə: