“Neftçi”nin sabiq baş məşqçisi ən uğursuzlar sırasında

Xəbərlər
14 Aprel 2024 12:13
106
“Neftçi”nin sabiq baş məşqçisi ən uğursuzlar sırasında

İngiltərə Premyer Liqasının tarixinin ən uğursuz transferləri bəlli olub.

İdman.biz xəbər verir ki, “Give me Sport” ən bərbad 10 keçidin siyahısını açıqlayıb.

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu da “onluq”da yer alıb. Rumıniyalının 2003-cü ildə “Çelsi”yə keçidi 9-cu ən bərbad transfer sayılıb.

Ümumiyyətlə, “Çelsi” 4 belə keçid reallaşdırıb. “Mançester Yunayted”in üç transferi bu siyahıya düşüb.

1. Ali Dia (“Sauthempton”, 1996)
2. Romelu Lukaku (“Çelsi”, 2021)
3. Bebe (“Mançester Yunayted”, 2010)
4. Ceydon Sanço (“Mançester Yunayted”, 2021)
5. Danni Drinkuoter (“Çelsi”, 2017)
6. Antoni (“Mançester Yunayted”, 2022)
7. Endi Kerroll (“Liverpul”, 2011)
8. Nikola Pepe (“Arsenal”, 2019)
9. Adrian Mutu (“Çelsi”, 2003)
10. Fernando Torres (“Çelsi”, 2011)

Qeyd edək ki, “Milan”dan “Çelsi”yə transferi uğursuz alınan Andrey Şevçenko cədvəldə 11-ci olduğu üçün “onluq”dan kənar qalıb.

İdman.biz