Bayılda qol "yağışı", "Qarabağ"ın seriyasına SON - VİDEO

Xəbərlər
14 Aprel 2024 20:54
718
Bayılda qol "yağışı", "Qarabağ"ın seriyasına SON - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyun günündə 2 matç təşkil olunub.

Öncə “Səbail” “Kəpəz”lə qarşılaşıb. Qarşılıqlı mübarizə şəraitində keçən oyunda qapılara 6 top vurulub. Gəncəlilər 2:0 hesabı ilə önə keçsələr də, meydan sahibləri ardıcıl 3 qol vurublar. Amma "Səbail" qələbə hesabı qoruya bilməyib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə "Kəpəz" baxımlı qol vuraraq, 1 xal qazanıb.

Tur “Sabah” – “Qarabağ” oyunu ilə başa çatıb. Çempionluğunu təmin edən Qurban Qurbanovun komandası "Sabah"a uduzub. Ağdam təmsilçisi çempionatda məğlubiyyətsiz oyunlar seriyası qırılıb. "Qarabağ" sonuncu dəfə ötən ilin oktyabrında uduzub.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Zirə” ilə heç-heçə oynayıb, “Turan Tovuz” “Qəbələ”yə 2:1, “Neftçi” isə “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXX tur
14 aprel (bazar)

16:30. "Səbail" – "Kəpəz" - 3:3
Qollar:
Pedro Nuno, 49. Aleksandr Ramalinqom, 53. Rüfət Abdullazadə, 73 - Elmir Tağıyev, 25. Latir Fal, 29. Mate Kvirkviya, 90+6
Qırmızı vərəqə: Adi Mehremiç, 90+2
Baş hakim: Cavid Cəlilov
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 4. Adi Mehremiç, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 10. Tural Rzayev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov
"ASCO Arena"

19:00. "Sabah" – "Qarabağ" - 3:2
Qollar:
Amin Seydiyev, 16. Cesse Sekidika, 38. Tellur Mütəllimov, 57 - Leandro Andrade, 7. Nəriman Axundzadə, 76
Baş hakim: Rəvan Həmzəzadə
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 66. Əhməd Tanrıverdiyev, 24. Maruan Hadudi, 8. Davit Volkov, 19. Emmanuel Apeh
Baş məşqçi: Krunoslav Renduliç
“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov
"Bank Respublika Arena"

1

Qarabağ

30

23

3

4

83-29

72

2

Neftçi

30

13

8

9

39-30

47

3

Zirə

30

12

10

8

26-18

46

4

Sumqayıt

30

11

11

8

28-33

44

5

Sabah

30

12

7

11

42-37

43

6

Turan Tovuz

30

11

9

10

46-40

42

7

Səbail

30

10

9

11

45-49

39

8

Araz-Naxçıvan

30

8

8

14

28-42

32

9

Kəpəz

30

8

7

15

35-57

31

10

Qəbələ

30

4

4

22

21-58

16

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 17 qol, Aleksandr Ramalinqom ("Səbail") - 12 qol, Yassin Benzia ("Qarabağ") - 11 qol.

İdman.biz