“Mançester Siti” üçün 100 milyonluq hədəf

Xəbərlər
13 Aprel 2024 13:15
162
“Mançester Siti” üçün 100 milyonluq hədəf

“Mançester Siti”nin transfer siyahısında yer alan Lukas Paketanın qiyməti bəlli olub.

İdman.biz xəbər verir ki, bu, yarımmüdafiəçinin müqaviləsində əksini tapıb.

“Vest Hem” futbolçusuna sərbəstqalma məbləği kimi 100 milyon avro qiymət qoyub. Mançesterlilər transfer hədəfinə çatmaq üçün bu vəsaiti ödəməlidir.

Qeyd edək ki, Lukas Premyer Liqanın cari mövsümündə 25 oyunda 4 qol və 6 assistə imza atıb.

İdman.biz

Məqalədə: