Flik “Barselona”nın yeni kapitanını açıqladı

19 Avqust 2026 07:42
101
Flik “Barselona”nın yeni kapitanını açıqladı

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik komandanı yeni mövsümün əvvəlində kapitan kimi meydana çıxaracaq futbolçunun adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis bu vəzifəni Rafinyaya həvalə edib. Flik bildirib ki, heyət hələ tam formalaşmadığı üçün kapitanların yekun siyahısı müəyyənləşdirilməyib.

“Bəli, bunu Rafa edəcək. Frenkinin üçüncü kapitan olduğunu bilirəm, Mark və Ronald isə artıq komandada deyillər. Hazırda heyətimiz tam deyil. Yeni futbolçular gələ və ya kimsə gedə bilər. Bütün bunlar başa çatdıqdan sonra səsvermə keçirəcəyik. O vaxta qədər Rafa kapitan olacaq, Erik Qarsiya və Pedri də onunla birlikdə kapitanlar sırasında yer alacaqlar”, - deyə Flik bildirib.

Beləliklə, Rafinya transfer pəncərəsi bağlananadək “Barselona”nın əsas kapitanı funksiyasını yerinə yetirəcək. Daha sonra futbolçular arasında səsvermə keçirilərək kapitanlıq iyerarxiyası rəsmiləşdiriləcək.

Braziliyalı futbolçu 2022-ci ildən “Barselona”nın formasını geyinir. O, artıq əvvəlki mövsümlərdə də komandanın kapitanlarından biri olub.

İdman.Biz