“Karvan-Yevlax”dan ayrılan futbolçu “Mingəçevir”də

19 Avqust 2026 09:58
91
“Karvan-Yevlax”dan ayrılan futbolçu “Mingəçevir”də

Ötən mövsümü “Karvan-Yevlax” futbol klubunda keçirən müdafiəçi Əli Abdullayevin yeni iş yeri məlum olub.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu hazırda Birinci Liqa komandası “Mingəçevir”in düşərgəsindədir.

Əli dünən İkinci Liqa təmsilçisi “Hypers” (Bərdə) ilə yoxlama görüşündə də (3:2) oynayıb.

Qarşıdakı “futbol ili”nin hazırlığına avqustda başlayan “Mingəçevir”i hazırda Elman Sultanov çalışdırır.

Xatırladaq ki, Birinci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək.

İdman.Biz