“Mançester Yunayted” çətin durumda

Xəbərlər
13 Aprel 2024 09:05
158
“Mançester Yunayted” çətin durumda

“Mançester Yunayted” Premyer Liqanın XXXIII turu ərəfəsində çətin durumla üzləşib.

İdman.biz xəbər verir ki, “qırmızı şeytanlar”ın yalnız iki mərkəz müdafiəçisi “Bornmut”la oyuna hazırdır.

Mançesterlilər yalnız Harri Maquayr və Kamblava Villidən yararlana biləcək. Əzələ problemləri olan Rafael Varan və Conni Evans ən azı bir həftə meydanlardan kənar qalacaqlar. Lisandro Martinesin mayın əvvəlində, Viktor Lindelöfün aprelin sonunda hazır olacağı gözlənilir.

Qeyd edək ki, “Bornmut” – “Mançester Yunayted” matçı bu gün keçiriləcək.

İdman.biz