Elşad Quliyev: "Məğlubiyyət "Zirə"nin futbolçularının millidəki taleynə təsir etməyəcək"

Müsahibə
12 Aprel 2024 17:52
413
Elşad Quliyev: "Məğlubiyyət "Zirə"nin futbolçularının millidəki taleynə təsir etməyəcək"

"Futbolçunun gücünü 1 oyunla müəyyənləşdirmək düzgün deyil".

Bunu İdman.bizə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis Azərbaycan Minifutbol Liqasının 1/4 final mərhələsinin nəticələrini dəyərləndirib. Onun sözlərinə görə, "Zirə"nin məğlubiyyəti gözlənilməz olub: "Zirə"nin məğlub olacağını gözləmirdim. Amma "Aznur" daha iddialı idi və qalib gəldi. Fikrimcə, çempion olmaq üçün hər bir komandanın şansı eynidir. "Birbaşa Bakı"nın daha təcrübəli olduğunu unutmaq olmaz. Bu məğlubiyyətin "Zirə"nin futbolçularının millidəki taleynə təsir edəcəyini düşünmürəm. Klub başqa, milli başqadır".

Qeyd edək ki, AML-nın yarımfinalına "Aznur"la yanaşı, “Odlar Yurdu”, “Birbaşa Bakı” və “Real” komandaları yüksəlib.

Emin Ağa
İdman.biz

Məqalədə: