Benzia mükafatın bir addımlığında dayanıb

Xəbərlər
10 Aprel 2024 16:38
Benzia mükafatın bir addımlığında dayanıb

Ayın ən yaxşı əlcəzairli futbolçusunun adı bəlli olub.

İdman.biz xəbər verir ki, “Qaraabğ”ın futbolçusu Yassin Benzia mart ayı üçün “Fennec du mois” mükafatı üçün keçirilən səsvermədə ikinci yeri tutub.

Ən yaxşı adına isə Rayan Ayt Nuri sahib çıxıb. İngiltərədə “Vulverhempton”un və Əlcəzair millisinin üzvü səslərin 64 faizini toplayıb.

Benziaya azarkeşlərin 32 faizi səs verib. Üçüncü olan Anis Hac Musa cəmi 4 faiz səslə kifayətlənib.

Qeyd edək ki, Yassin ötən ay Əlcəzair millisində üç qol vurub.

İdman.biz

Məqalədə: