31 aydan sonra böyükhesablı məğlubiyyət

Xəbərlər
10 Aprel 2024 15:04
31 aydan sonra böyükhesablı məğlubiyyət

Qadınlardan ibarət Azərbaycan millisi 31 aydan sonra böyük hesabla uduzub.

İdman.biz xəbər verir ki, AVRO-2026-nın seçmə oyununda İsveçrədən 4 cavabsız qol buraxan yığmamız 3 ilə yaxın idi belə darmadağınla üzləşmirdi.

Komandamız sonuncu dəfə 2021-ci il sentyabrın 21-də azarkeşlərinə böyük üzüntü bəxş etmişdi. Həmin vaxt DÇ-2023-ün seçmə oyununda Danimarka 8 cavabsız qolla qələbə ilə qalib gəlib.

Yığmamız həmin qarşılaşmanı da evdə uduzub. Düzdür, bundan sonra Bakıda Rusiyaya 0:4 hesablı məğlubiyyət də yaşanıb. Lakin şimallılar yarışlardan kənarlaşdırıldıqdan sonra həmin nəticə ləğv edilib. Danimarka ilə matçdan sonra seçmə mərhələlər və Millətlər Liqasında heç bir rəqib üç topdan artıq fərqlə yığmamıza qalib gəlməmişdi.

Qeyd edək ki, millimiz AVRO-2026-nın seçmə mərhələsinin iki oyununda 1 xal toplayıb.

İdman.biz

Məqalədə: