“Neftçi” kənar şəxslərə görə cəzalanıb

Xəbərlər
9 Aprel 2024 14:00
103
“Neftçi” kənar şəxslərə görə cəzalanıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIX turunda baş verənlər müzakirə olunub.

“Qarabağ” – “Səbail” oyununda 6 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. “Neftçi” – “Sumqayıt” matçında 4 oyunçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub.

Bu qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxs daxil olub. Bu üzdən “Neftçi” 800 manat cərimələnib.

İdman.biz

Məqalədə: