Yassin Benzia Afrikanın ən yaxşı futbolçuları sırasında yer alıb

Xəbərlər
9 Aprel 2024 12:27
Yassin Benzia Afrikanın ən yaxşı futbolçuları sırasında yer alıb

Afrikada ayın futbolçusu mükafatının qalibi olub.

İdman.biz xəbər verir ki, martın ən yaxşısı adına namizədlər siyahısında olan “Qarabağ”ın futbolçusu Yassin Benzianın mövqeyi bəlli olub.

Səsverməyə qatılan 105 min 473 azarkeşdən 12 min 840 nəfəri əlcəzairlini martın ən yaxşısı hesab edib.

Benzia 12,17 faiz səslə Afrikanın 4-cüsü olub. Ayın futbolçusu adını isə Serj Quirassi qazanıb.

1. Serj Quirassi (Qvineya, “Ştutqart”) - 27,21% (28,698 səs)
2. Yoan Vissa (Konqao, “Brentford”) - 21,01% (22,164 səs)
3. Pyer-Emerik Obameyanq (Qabon, “Marsel”) - 16,75% (17,671 səs)
4. Yassin Benzia (Əlcəzair, “Qarabağ”) - 12,17% (12,840 səs)
5. Nikolas Cekson (Seneqal, “Çelsi”) - 9,04% (9,535 səs)
6. Ayub El Kaabi (Mərakeş, “Olimpiakos”) - 7,25% (7,648 səs)
7. Omar Diakite (Fil Dişi Sahili, “Reyms”) - 6,56% (6,917 səs).

İdman.biz

Məqalədə: