ÇL: London və Madriddə məhsuldar heç-heçələr - VİDEO

Xəbərlər
10 Aprel 2024 00:54
235
ÇL: London və Madriddə məhsuldar heç-heçələr - VİDEO

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 matç baş tutub.

Hər iki görüş İngiltərə təmsilçisinin iştirakı ilə keçirilib. “Arsenal” öz meydanında “Bavariya” ilə heç-heçə oynayıb. Hesab 2:2 hesabı ilə yekunlaşıb.

“Real” - “Mançester Siti” matçı daha məhsuldar alınıb. Tərəflər hərəyə 3 qol vurublar.

Qeyd edək ki, ilk oyunlara aprelin 11-də yekun vurulacaq.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

23:00. “Arsenal” – “Bavariya” - 2:2
Qollar:
Saka, 12. Trossar, 72 - Qnabri, 18. Keyn, 32 (pen.)

23:00. “Real” – “Mançester Siti” - 3:3
Qollar:
Diaş, 12 (öz qapısına). Rodriqo, 14. Valverde, 79 - Bernardo Silva, 2. Foden, 66. Qvardiol, 71

İdman.biz