“Ayaks” tarixinin ən acı məğlubiyyəti

Xəbərlər
7 Aprel 2024 20:29
“Ayaks” tarixinin ən acı məğlubiyyəti

“Ayaks” Niderland çempionatları tarixində ən ağır məğlubiyyətini alıb.

İdman.biz xəbər verir ki, Amsterdam klubu səfərdə “Feyenord”a 0:6 hesabı ilə uduzub.

“Ayaks” 29-cu turda Eredeviziya tarixin ən böyükhesablı məğlubiyyətini yaşayıb. Hər hissədə 3 top buraxan amsterdamlılar qapıya cəmi 1 dəqiq zərbə vura biliblər. Əvəzində rəqib 30 zərbə ilə fərqlənib.

Qeyd edək ki, “Ayaks” son 97 ildə ən ağır uğursuzluqla üzləşib. Komanda 1927-ci ildə Niderland kubokunda “Tvente”yə 0:7 hesabı uduzmuşdu.

İdman.biz