“Səbail”in futbolçusu uzun müddətə sıradan çıxdı

6 Oktyabr 2026 15:02
80
“Səbail”in futbolçusu uzun müddətə sıradan çıxdı

“Səbail”in futbolçusu Zeynəddin Abdurahmanov Birinci Liqanın üçüncü turunda zədələndiyi üçün uzun müddət komandasına kömək edə bilməyəcək.

Klubun sözçüsü Rəşad Məmmədovun fanat.az-a verdiyi məlumata görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvünün ayaq sümüyü sınıb.

Bir neçə gün öncə əməliyyat olunan 24 yaşlı dayaq yarımmüdafiəçisinin yaşıl meydanlara nə vaxt qayıdacağı indilik dəqiqləşməyib.

“Səbail” Birinci Liqanın dördüncü turunda “Karvan-Yevlax”ı qəbul edəcək. Oktyabrın 8-də baş tutacaq görüş Binə qəsəbə stadionunda keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.

İdman.Biz