Futbol üzrə Misli Premyer Liqasında milli komandalara görə yaranan fasilədən dərhal sonra baş tutacaq yeddinci tur “Araz-Naxçıvan” - “Kəpəz” qarşılaşması ilə start götürəcək.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, meydan sahibləri turun açılış matçına itki ilə çıxacaq.
Yarımmüdafiəçi Mamadu Kanenin matçda iştirak etməyəcəyi dəqiqdir. 29 yaşlı qvineyalı mövsümdə aldığı dörd sarı vərəqə səbəbindən cəzalı duruma düşüb.
Heyətdə mikrozədəlilər də var. Baş məşqçi Yuri Maksimov özünün debüt matçında onlardan kimlərin xidmətindən yararlanmayacağını oyun günü, həkimlərin yekun rəyindən sonra biləcək.
“Araz-Naxçıvan” - “Kəpəz” qarşılaşması oktyabrın 9-da baş tutacaq. Şamaxı şəhər stadionunda reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.
