Azərbaycan millisinin rəqibləri bəlli olub - PÜŞK ATILIB - FOTO

Xəbərlər
4 Aprel 2024 15:38
346
Azərbaycan millisinin rəqibləri bəlli olub - PÜŞK ATILIB - FOTO

Minifutbol üzrə 11-ci Avropa çempionatının püşkü atılıb.

İdman.biz xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunacaq AVRO-2024-ün 24 iştirakçısı 6 qrupa bölünüb.

Son Avropa çempionu olan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız F qrupunda yer alıb. Elşad Quliyevin yetirmələri qrup mərhələsində Fransa, İtaliya və Avstriya milləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-dək keçiriləcək.

İdman.biz

Məqalədə: