Benzia ayın futbolçusu mükafatına namizəd olub

Xəbərlər
4 Aprel 2024 15:19
Benzia ayın futbolçusu mükafatına namizəd olub

“Qarabağ”ın futbolçusu Yassin Benzia növbəti mükafatını ala bilər.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi ayın ən yaxşı əlcəzairli futbolçusu adına namizəddir.

“Fennec du mois” adlanan mükafata mart ayı üçün sahibi olmağa üç oyunçu iddia edir. Benzianın rəqibləri “Vitess”də çıxış edən Anis Hac Mussa və “Vulverhempton”da forma geyinən Rayan Ayt Nuridir.

Qeyd edək ki, azarkeşlər arasında keçirilən səsvermə Bakı vaxtı ilə aprelin 8-də saat 01:59-da başa çatacaq.

İdman.biz

Məqalədə: