“Neftçi” kubokda ən ağır məğlubiyyətini alıb

Xəbərlər
4 Aprel 2024 11:08
323
“Neftçi” kubokda ən ağır məğlubiyyətini alıb

“Neftçi” Azərbaycan kubokunda ən böyükhesablı məğlubiyyətini alıb.

İdman.biz xəbər verir ki, bu, 1/2 finalın “Qarabağ”la ilk matçına təsadüf edib.

Bakılılar bunadək kubokda yalnız bir dəfə böyük hesabla uduzub. 2009/10 mövsümündə “ağ-qaralar” “İnter”ə 0:3 hesabı ilə uduzub.

“Neftçi” 14 mövsümdən sonra aldığı böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə üç deyil, dörd top fərqlə uduzan paytaxt təmsilçisi ən ağır yenilgisinə üzülüb.

İdman.biz