“Qarabağ”ın kapitanı: “Lunyovu Azərbaycan çempionu olmaq üçün götürməyiblər”

Xəbərlər
1 Aprel 2024 13:45
“Qarabağ”ın kapitanı: “Lunyovu Azərbaycan çempionu olmaq üçün götürməyiblər”

“Azərbaycan üçün Andrey Lunyov ən yaxşıların yaxşısıdır. Amma onu Azərbaycan çempionu olmaq üçün götürməyiblər”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Ağdam təmsilçisinin kapitanı rusiyalı qapıçı Andrey Lunyov barədə fikirlərini bildirib: “Daha yüksək nailiyyətlərlə bağlı vəzifə və iddialar var idi. Bu üzdən Avropada uğur qazanmaq üçün təcrübəli qapıçı götürməyə qərar verildi. O, məhz Avropa səviyyəsinə uyğun gəlir”.

Medvedevin sözlərinə görə, Avropa Liqasında “Bayer”lə rəqib olmaqlarına ən çox sevinən Lunyov idi: “Biz hələ qrupda “Bayer”ə rəqib olanda, Andrey çox sevinirdi. Biz başa düşürdük ki, “Bayer” başqa səviyyədir. O gəldi və dedi ki, bu rəqibi də keçəcəyik. Andrey “Bayer”i keçməyə çox köklənmişdi və buna hazırlaşmışdı”.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm Avropa Liqasında qrupda (1:5 və 0:1) və 1/8 finalda (2:2, 2:3) “Bayer”lə görüşüb.

İdman.biz